Kefir koronavirus riskini 15 faiz azaldır - ARAŞDIRMA

  • 2021.05.07 15:12
  • 1719 Baxış
Kefir koronavirus riskini 15 faiz azaldır -  ARAŞDIRMA
Kefirin insan orqanizminə bir sıra faydaları vardır.


Medicina.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kefir tərkibindəki kalsiuma görə sümük sağlamlığı üçün çox faydalıdır. Həmçinin, pandemiyada güclü immunitet çox önəmlidir.

Kefirin tərkibində olan probiyotik bakteriyalar orqanizmi gücləndirmək üçün önəmli olan bakteriyalardır.

İngiltərədə aparılmış bir araşdırmaya görə, probiyotok bakteriyalar koronavirus infeksiyasına qarşı 15 faizə qədər təsirlidir. Ona görə də probiyotiklər sağlam bir həyat yaşamağınız üçün önəmli mikroorqanizmlərdir.