“Kəpənək qız”ın üzü indi necədir? – Həkimi əməliyyatları sadaladı

  • 2020.10.15 15:42
  • 1374 Baxış
“Kəpənək qız”ın üzü indi necədir?  – Həkimi əməliyyatları sadaladı

“Betmen maskalı”, “Kəpənək qız” ləqəbi ilə tanınan amerikalı Luna anadan doğulanda üzündə maskaya bənzər qara ləkə ilə həkimlərin diqqətini çəkdi.


Medicina.az xəbər verir ki, doğum ləkəsini aradan qaldırmağı öz üzərinə Krasnodarlı cərrah Pavel Popov götürüb.
Qızın üzündə artıq 2 dəfə əməliyyat və fotodinamiki proseudurlar olunub.


İndi 1 yaşı olan Luna yeni əməliyyata hazırlaşır. Sentyabrda onun sol yanağından törəmə kimi nevus hissə kəsilib.
Oktaybrda isə ona yeni dəri köçürülməsi və kosmetik əməliyyat olunacaq.

Cərrah isə bu günə kimi əldə olunan effektdən razıdır.

“Ötən il əməliyyat etdiyimiz yerlərin izləri kosmetik baxımdan yaxşı görünür. Qızı bu ləkədən tam qurtarmaq yalnız gələn il mümkün olacaq”