Kərimin vəziyyəti ağırdır: "Nə danışır, nə tərpənir"

  • 2021.11.05 10:17
  • 958 Baxış
Kərimin vəziyyəti ağırdır:  "Nə danışır, nə tərpənir"
Kərimin vəziyyəti çox pisdir, necə var eləcə də düşüb qalıb. Nə danışır, nə tərpənir.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib.

O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:

"Müsbət heç nə yoxdur. Əksinə, gerilik var ki, irəlləyiş yoxdur. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkün deyil".

Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:

"Hərdən yanına gedirəm, baxıram ürəyim ağrayır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin, öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm".

Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.