Kəsilmiş yemişi saxlamaq təhlükəli ola bilər

  • 2026.07.17 13:42
  • 317 Baxış
Kəsilmiş yemişi saxlamaq təhlükəli ola bilər

Havanın 35 dərəcəyə çatdığı isti günlərdə kəsilmiş yemiş tez xarab ola bilər. Belə temperaturda yemiş soyuducudan kənarda 1 saatdan çox saxlanmamalıdır.

Medicina.az xəbər verir ki, yemişin şirin və sulu içliyi bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Kəsildikdən sonra meyvənin təbii qoruyucu qabığı aradan qalxır və xarici təsirlərə daha həssas olur.

Təhlükəsiz saxlamaq üçün kəsilmiş yemişi dərhal soyuducuya, qapalı qabda və ya qida plyonkasına bükülmüş halda yerləşdirmək tövsiyə olunur. Soyuducuda düzgün saxlanılan yemiş adətən 2-3 gün ərzində yeyilməlidir.

Xanım,
Medicina.az