Kətan toxumlu qatıq - Hər gecə 1 kasa yesəniz...

  • 2023.09.11 10:00
  • 1997 Baxış
Kətan toxumlu qatıq -  Hər gecə 1 kasa yesəniz...
Kətan toxumu bitkiçilərin ən çox satan məhsullarından biridir.


Bakupost.az xəbər verir ki, orqanizmi xərçəngdən şəkər xəstəliyinə qədər bir çox xəstəlikdən qoruyan kətan toxumunun ən önəmli faydalarından biri də arıqlamağa kömək etməsidir.

Kətan toxumunu qatıqla birlikdə qəbul etmək məsləhətdir.

Tərkibində yüksək miqdarda doymuş və doymamış yağ turşuları, kalium, sink, maqnezium, mis və dəmir olan kətan toxumunu qatıqla birlikdə yedikdə orqanizm üçün super qidaya çevrilir.

Bu qarışıqdakı qatıq həzmi asanlaşdırır və probiotik ehtiyaclarınızı qarşılayır. Həm də həzmsizliyi aradan qaldırır və şişkinliyi azaldır.

Yatmadan əvvəl bir kasa qatığa 1 qaşıq kətan toxumu əlavə etmək arıqlamağınızı, xüsusən də qarın bölgəsindəki piyləri yox etməyinizə kömək edəcək.

Maddələr mübadiləsini sürətləndirən kətan toxumlu qatıq immunitet sistemini gücləndirir.