Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Keysəriyyədən sonra ölən körpə ilə bağlı AÇIQLAMA

  • 2025.06.30 17:53
  • 110 Baxış
Keysəriyyədən sonra ölən körpə ilə bağlı   AÇIQLAMA


İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı uşağın ölü doğulma səbəbi qanaxma olub.

"Medicina" xəbər verir ki, TƏBİB ölüm səbəbini belə açıqlayıb.

"İyunun 28-i saat 18:30-da 1988-ci il təvəllüdlü hamilə qadın uşaqlıq yolundan qanlı, laxtaşəkilli ifrazatla İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Aparılan müayinəyə və həyati göstərişlərə əsaslanaraq ona təcili "qeysəriyyə kəsiyi" əməliyyatı icra edilib. Klinik diaqnoza görə, 40 həftəlik hamiləlik zamanı cift vaxtından əvvəl ayrılıb, bu səbəbdən qanaxma yaranıb və döl tələf olub", - deyə məlumatda qeyd olunub.