Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kiflənmiş çörək yemək xərçəngə belə səbəb olur

  • 2023.08.10 17:27
  • 1521 Baxış
Kiflənmiş çörək yemək xərçəngə   belə səbəb olur
İsti havalarda qidaların xarab olmasına və ya kiflənməsinə çox rast gəlinir. Mütəxəssislərin fikrincə, üzərində az da olsa kif əmələ gəlmiş qidaların qəbulu orqanizmə ciddi fəsadlar törədə bilər.


“Medicina” xəbər verir ki, onkoloq İvan Karasevin sözlərinə görə, kiflənmiş çörək və bu tipli qidaların qəbul olunması xərçəngin yaranması üçün əsaslı səbəb ola bilər. Hətta o, kif izlərini çıxardıqdan sonra yararsız məhsulun qəbul edilməsi yolverilməzdir.


Mütəxəssis, bəzi yemək xərçəngin inkişafına kömək edə biləcəyini bildirdi. Onlardan biri soyuducuda uzun müddət saxlanılan köhnə məhsulların istifadəsidir.

Həkim soyuducuya çörək qoymaq və həftələrlə saxlamağı sağlamlıq üçün zərərli bir üsul adlandırdı, həmçinin soyuducuda saxlanılmasına baxmayaraq, tərəvəz və pendir kimi digər məhsulları da kifləndikdən sonra istifadə etməməyi məsləhət gördü. O, bu tip məhsulları yararsız hala gəlmiş məhsullar adlandırıb.


“Çörək və ya pendirin kənarlarında və ya qabığında kiflənmiş hissə varsa, o hissəni kəsib digər hissəni qəbul etmək təhlükəlidir. Belə ki, yararlı görünən hissə aldadıcı ola bilər. Bu tip məhsulların qəbulu birbaşa olaraq, xərçəngə səbəb olmasa da, orqanizmdə zəhərlənmə riskini artıran ehtimal olaraq qalacaq və immun sisteminə də öz mənfi təsirini göstərəcək.


Məhsulda yaranan göbələk son dərəcə zəhərlidir, hətta deyə bilərik ki, bu bir çox zəhərdən daha təhlükəlidir. Kifdən təsirlənən qidaları qızardaraq da xilas etmək mümkün deyil.Çünki prosessə səbəb olmuş göbələk bu üsullarla məhv olmur”.


Xanım