Kimlər erkən demensiya riski altındadır?

  • 2024.04.01 10:00
  • 378 Baxış
Kimlər erkən demensiya riski altındadır?
Demensiya daha çox yaşlı insanları qorxudan xəstəlikdir. Lakin son illərdə erkən demensiya halları artır. Dünyada yaşı 65-dən aşağı olan 4 milyona yaxın insanda demensiya əlamətləri var. Hər il 370 min nəfərə erkən demensiya diaqnozu qoyulur.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, Exeter və Maastrixt universitetlərinin tədqiqatçıları kimlərin erkən demensiya riski altında olduğunu müəyyən etməyə çalışıblar.

Araşdırma çərçivəsində 65 yaşdan aşağı 350 min insanın bioloji məlumatları tədqiq olunub. Beləliklə, erkən demensiya riskini artıran amillər müəyyən edilib:

- Depressiya

- Alkoqol

- İflic

- Genetika

- Yalnızlıq

- Şəkərli diabet

- Ürək xəstəliyi

- D vitamini çatışmazlığı

- Yüksək C-reaktiv zülal

Alimlər bu amillərin əksəriyyətinin dəyişdirilə bilən olduğunu və araşdırmanın nəticələrinin gələcəkdə erkən demensiya riskini azaltmaq üçün izləniləcək yolu işıqlandırdığını bildiriblər.


Aysel