Kimlər vərəmə meyillidir? - Açıqlandı

  • 2024.08.28 15:28
  • 1156 Baxış
Kimlər vərəmə meyillidir? -  Açıqlandı
Risk qrupuna aid şəxslər (İİV-ə yoluxanlar, onkoloji xəstələr, hormonal müalicə alanlar və tibb işçiləri) vərəmə meyilli olur.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.


Onun sözlərinə görə, buna səbəb onların immun sistemlərinin zəif olmasıdır.

Direktor bildirib ki, vərəm xəstəliyinin genetikaya aidiyyəti yoxdur, çünki yoluxucu xəstəlikdir: “Əgər evdə aktiv vərəm xəstəsi varsa və müalicə almırsa, o, digər ailə üzvlərini infeksiyaya yoluxduracaq”.