Kimlərdə böyrək xəstəliyi və çatışmazlğı yaranır?- Nefroloq

  • 2023.02.17 16:36
  • 3020 Baxış
Kimlərdə böyrək xəstəliyi və çatışmazlğı  yaranır? - Nefroloq
Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hansısa bir xəstəlik böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər. Bu, ilk növbədə dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır.

Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertenziv nefropatiya fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklərə aiddir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda fəaliyyətinin pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcud olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir.

"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov deyib


"Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur. İlkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahsızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qicolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur".