Kimlərə doğramac yemək olmaz? - Zərəri

  • 2022.05.27 15:30
  • 2784 Baxış
Kimlərə doğramac yemək olmaz?  - Zərəri

Yay aylarının tələbatlı qidası ovdux, soyuq doğramac bəzi xəstəliklərdə əks göstərişdir.

Bakupost.az xəbər verir ki, dietoloqlar bu xəstələrə doğramacı qadağan edir.


Mədə-bağırsaq, mədəaltı vəz xəstəliyi olanlara bu yemək olmaz.

“Ən faydalı doğramac kefirlə olandır. Lakin ona yağlı kolbasa, kartof çox qatmaq olmaz. Əslində təbii qida həzm sisteminə faydalıdır. Lakin mədə-bağırsaq xəstəliyi olanlara əksinə təsir edir.

Bağırsağın iltihabi xora, kolit, Kron xəstəliyi, mədə reflüksü, qastriti, iltihabı, pankreatiti olanlara qadağandır.

Eləcə də laktoza-süd keçirməzliyi olanlar, ürək xəstəliyində də bu qida olmaz.

Digər sağlam insanlar yalnız isti havada soyuq doğramac yeməlidir.

Onu kefir və ya ayranla hazırlayın”.

Aygün Musayeva
BakuPost