Kimlərə kəsmik yemək olmaz? – Faydasızdır

  • 2024.01.22 21:39
  • 1295 Baxış
Kimlərə kəsmik yemək olmaz?  – Faydasızdır

Marketlərdə müxtəlif cür kəsmiklər olsa da həkimlər heç də onların faydalı olmadığını bildirir.


“Medicina” xəbər verir ki, travmatoloq Aleksey Blajenev kimlərə kəsmiyin zərərli ola biləcəyini açıqlayıb.


“Kəsmiyə şirinləşdirici maddələr vurmaq olmaz, əks halda şəkərli diabet inkişaf edə bilər.
Müntəzəm olaraq, gündə 100 qram kəsmik yemək sümük sistemini möhkəmlədir.

Təbii ki, bu məhsul orqanizmdə kifayət qədər D vitamini olduqda mənimsənilir.

Əgər kəsmiyin tərkibində nişasta, quru süd, bitki yağı və kimyəvi qatqılar varsa, onu almayın.

Orqanizmdə D vitamini yoxdursa, nə qədər kalsiumlu qidalar yesəz də, tabletlər içsəz də sümüklərə çatmayacaq.

Xarab olmuş kəsmiyi atmamaq üçün şirniyyata qatmaq da olmaz.

Vaxtı keçmiş kəsmik mütləq atılmalıdır.


Kəsmik həm də B12 vitamini ilə zəngindir. Bu isə qanazlığında vacibdir. Kəsmik zob, diabet xəstələrinə də vacibdir”


Aygün Musayeva