Kimlərə yod qəbulu lazımdır - Hansı qidalarda var?

  • 2022.09.14 14:37
  • 4418 Baxış
Kimlərə yod qəbulu lazımdır  - Hansı qidalarda var?


Yod həyati vacib elementdir. Bütün hormonal sistem ondan asılıdır. Yod az olduqda zob əmələ gəlir.

Yod həm ərzaqlarda, həm də preparat şəklində olur. Adi bədənə çəkilən maye yodu qəbul etmək olmaz.


"Medicina" xəbər verir ki, daha çox uşaq, yeniyetmə, hamilə qadınlara lazım olan yodun orqanik forması bu qidalarda olur.


"Dəniz yosunu, kələmi, rodiola, fukus ekstraktı - bunlar BADların tərkibində olur.
Eləcə də yodid kaliy adlı preparat var.

Mütəxəssislər yodu selenlə birgə içməyi tövsiyə edir. Eləcə də bədəndə A, D, C vitamini yetərincə olmalıdır.
Orqanizmin 80% yod ehtiyatı boğazdakı qalxanvari vəzidə yerləşir.

Sutkada insana 200 mkq yod lazımdır.

Orqanizmi yodla zənginləşdirmək üçün balıqlar, dəniz məhsulları, dəniz yosunu, taxıl bitkiləri qəbul etməlisiz.

Əgər müalicə istəyirsizsə, endokrinoloq sizə yod preparatı təyin etməlidir".

Aygün Musayeva