Kimlərin insult olma riski çoxdur?

  • 2022.09.08 17:19
  • 1865 Baxış
Kimlərin insult olma riski çoxdur?

İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması (yırtılması), daralması (spazmı) və ya tutulmasıdır. Hazırda insult gəncləşərək 35-dən yuxarı baş verə bilir.


Medicina.az kimlərin insult olma ehtimalı olduğunu təqdim edir.


- yaş faktoru (45-60 və daha artıq yaş);

- irsiyyət (yaxın qohumlarda insult halları);

- hipertoniya xəstəliyi;

- siqarət çəkmək;

- alkoqol içkilərə meyllilik;

- piylənmə;

- xolesterinin yüksək səviyyəsi, ateroskleroz;

- şəkərli diabet;

- ürək-damar xəstəlikləri;

- Oturaq iş




Aygün Musayeva