Kimyaterapiyalar gələcək nəsillərə pis təsir edə bilər

  • 2022.12.17 17:29
  • 931 Baxış
Kimyaterapiyalar gələcək nəsillərə pis təsir edə bilər
Alimlər xəbərdarlıq edirlər ki, kimyaterapiya dərmanları xərçəng xəstələrinin uşaqları və nəvələrində xəstəlik riskini artıra bilər.

"Medicina" Vaşinqton Dövlət Universitetində siçanlar üzərində aparılan sınaqlar zamanı gənc erkək gəmiricilərə ifosfamidin verilməsinin onların uşaqlarının ən azı iki nəslinə ötürülən zərərli genetik dəyişikliklərə səbəb olduğu göstərilib. Xərçəng şişləri ilə yanaşı, bu dəyişikliklər böyrək və reproduktiv xəstəliklər, davranış və öyrənmə problemləri ilə də əlaqələndirilib.

Tədqiqatçılar hesab edirlər ki, kimyaterapiya körpələrə keçən sperma hüceyrələrinə zərər verə bilər.