Kimyəvi dərmanlara təbii alternativ- Rinit, sinusit, haymorit

  • 2022.10.25 14:58
  • 2666 Baxış
Kimyəvi dərmanlara təbii alternativ - Rinit, sinusit, haymorit

Biz toksinlərlə dolu bir dünyada yaşayırıq və hər il neçə min yeni toksin əmələ gəlir. İnsan orqanizmi açıq bir sistemdir.


Orqanizmə hər gün ixtiyari (məs., qida məhsulları) və qeyri-ixtiyari (ətraf mühitdən) yolla müxtəlif maddələr daxil olur, biokimyəvi reaksiyalarda iştirak edir və müəyyən dəyişikliklərə uğrayaraq, xaric edilir. Həyat fəaliyyətini pozan maddələr daxil olduqda (bakteriya, virus, xarab olmuş qida və s.) orqanizm ona müxtəlif müdafiə reaksiyaları ilə cavab verir (qusma, diareya, ağrı, hərarət, dəri səpkiləri və s.).

"Medicina" xəbər verir ki, orqanizmin daxili tarazlığını pozan, ona zərər verən maddələr homotoksin adlanır. Homotoksinin orqanizmə göstərdiyi təsiri öyrənən elm homotoksikologiya adlanır.

Bu elmin banisi alman alimi H.H.Rekkeveqdir. Homotoksikologiya, xəstəliyə orqanizmin toksinlərdən azad olmaq cəhdi kimi yanaşır. Bu elm öz bünövrəsində təbii tərkibli, orqanizmə toksik göstərməyən biotənzimləyici preparatların istifadəsinə əsaslanır. Belə preparatlardan biri rinit və sinusitlərin müalicəsində uğurla istifadə edilən Euphorbium compositum-dur.


Sinusit - burun ciblərinin selikli qişasının iltihabıdır, burnun tutulması, ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, baş ağrıları kimi simptomlarla müşayiət olunur. Xəstəliyin müalicəsində istifadə olunan kimyəvi preparatlar pasiyentin vəziyyətini dərhal yaxşılaşdırsada, bir sıra əlavə təsirlərlə xarakterizə olunurlar. Geniş istifadə olunan antibiotiklər, antihistamin, ödeməleyhinə və digər preparatlar burunda quruluq, ürəkdöyünmə, bağırsaq disbakteriozu, uzunmüddətli istifadədə öyrəşmə sindromu yaradırlar.


Bioloji Təbabət klinikasında burnun selikli qişasının və əlavə ciblərinin iltihabi və allergik xəstəliklərinin müalicəsində kompleks biotənzimləyici preparat Euphorbium compositum-dan istifadə etməklə

-antibakterial
- virusəleyhi
- antiallergik
-immunomodulyasiyaedici təsirlər təmin edilir.

Euphorbium compositum təbii tərkibli biotənzimləyici preparat olub, 8 komponentdən ibarətdir: Euphorbium, Luffa operculata, Mercurius bijodatus, Mucosa nazalis, Hepar sulfuris, Argentum nitricum, Sinusitis nosode. Uzunmüddətli istifadəsi öyrəşmə yaratmır, əksinə, bu zaman onun terapevtik effekti artır.

Euphorbium compositum immun sistemini aktivləşdirir, selikli qişaları bərpa edir. Preparatın bu təsirləri bir çox elmi tədqiqatlarla sübut olunmuşdur. Preparat sprey formasındadır, 6 yaşadək buruna gündə 3-4 dəfə 1 püskürmə, 6 yaşdan yuxarı isə 1-2 püskürmə ilə istifadı olunur. Bütün yaş qruplarında istifadə oluna bilər.


Aygün Musayeva

Ünvan: Bakı şəh., 3-cü mkr., Pişəvari küç., 110, Bioloji Təbabət klinikası Tel:(012) (055) (050) (070) - 430 89 89.