"Kinder süpriz"də tapılan bakteriya 6 növ antibiotikə davamlıdır - ÜST-dən

  • 28 Apr 2022 15:04
  • 329 Baxış
"Kinder süpriz"də tapılan bakteriya 6 növ antibiotikə davamlıdır   - ÜST-dən


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaydığı açıqlamada bildirib ki, “monofazik Salmonella Typhimurium sequence type 34” adlanan Salmonella infeksiyasının yayılmasına Belçikadakı şokolad istehsalı müəssisəsi səbəb olub. Bu günə qədər 11 ölkədən 151 hadisə qeydə alınıb.

Medicina.az xəbər verir ki, ÜST-ün apardığı araşdırma nəticəsində “Kinder Surprise” şokolad məhsullarının 113 ölkəyə paylandığı və aprelin 10-dan etibarən məhsulların Beynəlxalq Qida Təhlükəsizliyi Orqanları Şəbəkəsi (İNFOSAN) tərəfindən geri qaytarılmağa başladığını məlum olub.

ÜST bildirdi ki, Böyük Britaniya onları ilk dəfə 27 martda Salmonella infeksiyası ilə bağlı məlumatlandırıb və sübutlar aprelin 25-də Belçikada istehsal olunan şokolad məhsuluna əsaslanır.

“2021-ci ilin dekabrında və 2022-ci ilin yanvarında Belçikanın Arlon şəhərindəki Ferrero Korporativ müəssisəsinin süd çənlərində monofazlı S.Typhimurium aşkar edilib ki, bu da insan yoluxma hallarına uyğundur”, - açıqlamada qeyd edilib.

ÜST-ün yaydığı məlumata əsasən aparılan analizlərə görə infeksiyanın 6 növ antibiotikə davamlı olduğunu vurğulayıb.

ÜST 25 aprel tarixinə Belçikada 26, Fransada 25, Almaniyada 10, İrlandiyada 15, Lüksemburqda 1, Hollandiyada 2, Norveçdə 1, İspaniyada 1, İsveçdə 4, Böyük Britaniyada 65 və ABŞ-da 1 yoluxma olmaqla cəmi 151 Salmonella yoluxma qeydə alınıb. /publika.az/