"Kinder Surprise" şokoladlarında təhlükəli virus aşkar edildi

  • 2022.04.05 18:23
  • 2269 Baxış
"Kinder Surprise" şokoladlarında təhlükəli virus aşkar edildi

Böyük Britaniyada 60-dan çox uşaq "Kinder Surprise" adlı yumurta formalı şokoladlarla əlaqəli epidemiya olan salmonellaya (təhlükəli qida virusu) yoluxub.

Medicina.az xəbər verir ki, müəyyən ölçülərdə və qablaşdırmada olan "Kinder Surprise" məhsullarının geri çağırılması qərara alınıb.

İngiltərə Qida Standartları Agentliyi (FSA) şokolad şirkəti Ferrero-nun epidemiya ilə bağlı araşdırmaların davam etdiyi üçün ehtiyat tədbiri olaraq bəzi şokolad partiyalarını geri çağırdığını açıqlayıb. Bildirilib ki, geri çağırılma "salmonella epidemiyası ilə mümkün əlaqə" ilə əlaqədardır.

FSA rəsmisi Tina Potter deyib ki, sözügedən şokoladlar uşaqlar arasında populyar olduğu üçün bu, hazırda çox evdə ola bilər. Lakin təhlükəsizlik tədbirləri baxımından onlar geri qaytarılmalıdır.

"Kinder Surprise" istehsal edən Ferrero şirkəti də açıqlamasında bu son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

İngiltərədə can itkisi olmasa da, infeksiyaya yoluxan 63 nəfərin çoxunun 5-6 yaş arası uşaqlar olduğu bildirilib.

İngiltərə ilə yanaşı İrlandiya, Fransa, Almaniya, İsveç və Hollandiyada salmonella epidemiyasına rast gəlindiyi qeyd olunub. /unikal.org/