Kişi öküz üçün olan ereksiya dərmanını içdi, xəstəxanalıq oldu - ŞOK hadisə

  • 2020.01.15 17:03
  • 10851 Baxış
Kişi öküz üçün olan ereksiya dərmanını içdi, xəstəxanalıq oldu -   ŞOK hadisə
Meksikada adı açıqlanmayan kişi xəstəxanalıq olub.Buna səbəb kişinin cinsi aktivlik üçün içdiyi yalnış həb olub.

Medicina.az xəbər verir ki, həmin şəxs ereksiya dərmanı istifadə edib. Lakin bu dərman insanlar üçün yox öküzlər üçün nəzərdə tutulub.O, dərmanı içdikdən sonra 3 gün ereksiya yaşayıb.

Üç gündən sonra cinsiyyət orqanının normala dönmədiyini görən kişi, həkimə müraciət edib.

Şiddətli qasıq ağrıları və bitməyən ereksiyaya görə müayinə edilən şəxsi həkimlər təcili əməliyyat etmək qərarı alıb. Əməliyyat zamanı cərrahlar onun cinsiyyət orqanını deşərək müdaxilə etməli olublar.

Xəstəxanadan bildirilib ki, kişi həmin bölgədəki təsərrüfat sahiblərinin öküzləri canlandırmaq üçün istifadə etdiyi oyadıcı dərmandan istifadə edib.

Cərrahi müdaxilə edilən xəstənin son vəziyyəti haqqında hələki açıqlama verilmir.