Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi süni tənəffüs aparatından ayrılan saatda komadan oyandı

  • 2023.10.03 18:26
  • 1402 Baxış
Kişi süni tənəffüs aparatından ayrılan saatda   komadan oyandı

Möcüzə “dirilmə” Avstraliyada baş verib.

“Medicina” xəbər verir ki, gənc kişi 33 gün komada süni tənəffüs aparatında qalıb. Həkimlər artıq ümidlərini üzüb, xəstəni aparatdan ayırmaq qərarına gələndən 1 saat sonra xəstə həyat əlamətləri verib.

Onun özünə gəlməsi o qədər sürətli olub ki, hətta həkimlərlə danışmağa başlayıb.

33 yaşlı Kayl Xil evində huşunu itirib. Onu xəstəxanaya çatdırıb, süni komaya salıblar. Bütün sentyabrı komada olduqdan sonra həkimlər məcbur olaraq xəstənin ailəsinə süni tənəffüs aparatından ayıracaqlarını bildiriblər.

Lakin qərardan 1 saat sonra xəstə ayılıb. O bir həftəyə tam özünə gələrək, evinə qayıdıb. Xili ikinci tip ağciyər çatışmazlığından əziyyət çəkir.

Bu onda gen mutasiyaları səbəbindən irsidir.
İStənilən ağır soyuqdəymə kişini öldürə bilər.

İndi Hili ağır əməliyyata hazırlaşır.

Aygün Musayeva