Kişi və qadınlarda ağrı fərqli olur - ALİMLƏR

  • 2023.06.08 20:49
  • 1612 Baxış
Kişi və qadınlarda ağrı fərqli olur   -   ALİMLƏR
Kişilər və qadınlar ağrı siqnallarını fərqli şəkildə hiss və qəbul edirlər.


“Medicina” xəbər verir ki, BRAIN jurnalında dərc edilən yeni bir araşdırmada ilk dəfə kişi və qadın onurğa beyni neyronlarının ağrı siqnallarını fərqli şəkildə emal etdiyi sübut olunub.

Tədqiqatda həm siçovulların, həm də ölümdən sonra bədənlərini elmə bağışlayan insanların onurğa beyni toxumalarından istifadə edilib.


Tədqiqatçılar laboratoriyada onurğa beyni toxumasını tədqiq etməklə, BDNF adlanan neyron böyümə faktorunun erkək siçovullarda onurğa beynində ağrı siqnallarının gücləndirilməsində mühüm rol oynadığını, dişi siçovullarda isə əhəmiyyətli rol oynamadığını göstərə bildilər.

Dişi siçovullar sterilizasiya edildikdə, hormonal əlaqəni göstərən fərq aradan qalxıb.

Bununla da qadın və kişilər üçün ağrı müalicəsi fərqli aparılmalıdır.

Yeni ağrıkəsici dərmanların hazırlanması zamanı ağrının bioloji səviyyədə necə emal edildiyini ətraflı təhlil etmək lazımdır – deyə tətqiqatın müəllifi Dr.Annemarie Dedek bildirib.

Aynurə Məmmədova