Kişilər də hamiləlik testi almalıdır – Məşhur həkim

  • 2023.10.03 17:17
  • 2068 Baxış
Kişilər də hamiləlik testi almalıdır   –  Məşhur həkim

Apteklərdə qadınlar üçün satılan hamiləlik testi əslində kişilərə də lazımdır. Bir çox səbəblərdən hətta bu testlərdən kişilər də istifadə etməlidir.

“Medicina” xəbər verir ki, bu fikri Rusiyanın məşhur həkimi, aparıcı Yelena Malışeva bildirib.

“Hamiləlik testi sidiklə aparılır. Bu testi kişilər etdikdə, testin müsbət çıxması xayaların bədxassəli şiş proseslərini göstərə bilər.

Belə ki, hamilələrdə və bu xəstəliyi olan kişilərdə orqanizmdə eyni hormon XPÇ artır.
Kişilərdə bu xərçəngin erkən təyini 90% hallarda müalicəni uğurlu edir.

Ona görə kişilər həkimə getmədən evdə bu testi mütəmadi edə bilər.

Əgər testdə xətlər qoşa çıxsa, o zaman mütləq qan analizi, PSA analizi və USM-dən keçməli, uroloqa müraciət edib dəqiq yoxlanmalıdırlar.

Testin 1-2 dəfə səhv göstərmə ehtimalı var, ona görə təkrarlamaq lazımdır”.

Aygün Musayeva