Kişilər üçün telefonla idarə edilən cinsi orqan protezi - “Mutluluq çubuğu”

  • 2021.04.21 14:40
  • 5207 Baxış
Kişilər üçün telefonla idarə edilən cinsi orqan protezi -  “Mutluluq çubuğu”
Türkiyənin Akdeniz Universiteti Tibb fakultəsinin professor Mustafa Faruk Usta “mutluluq çubuğu” adlandırılan yeni protez penislər barədə danışıb.

Medicina.az xəbər verir ki, kişilərdə dərman müalicələrinə tabe olmayan bir sıra xəstələrdə uzaqdan telefonla çalışan protez penil taxılacaq.

Cinsiyyət və impotensiya xəstəliklərində kişilərin üzünü güldürəcək bir sıra yeni texnoloji imkanlar artır. Bunlardan önəmlisi protezlərin gücləndirilməsi və modernləşdirilməsidir.

“Nitrinol” protezlərin ağıllı telefonla uzaqdan əmrlərlə sərtləşdiyi kişilər üçün əvvəlki pompalı protezlərdən daha çox üstünlüklər verir.

“Protezin üzərindəki temperaturu xüsusi dalğalarla artıraraq orqan sərtləşir. Sonra bu istiliyi azaldaraq, protez sönür.
Bu texnologiya ürək xəstələrinin ürəyinə yerləşdirilən batareyaya bənzəyir.

Batareya xəstənin bədənində olur, onun komandası isə telefonda xüsusi proqramdan verilir.
ABŞ-da artıq xəstələrə tətbiqinə başlayan protez 2023-cü ildən sonra dünya üzrə satışa çıxarılacaq.