Cinsi əlaqədən sonra penis nahiyəsində yüngül və qısa müddətli ağrı bəzən sürtünmə və fiziki gərginlikdən yarana bilər.
Medicina.az xəbər verir ko, əgər ağrı güclüdürsə və ya təkrarlanırsa, səbəb araşdırılmalıdır.
Mümkün səbəblər:
Sürtünmə və qıcıqlanma: Kifayət qədər lubrikasiya olmadıqda dəridə qıcıqlanma və xırda çatlar yarana bilər.
Çox intensiv və ya uzunmüddətli əlaqə: Penis toxumalarında müvəqqəti ağrı yarada bilər.
Sidik kanalının qıcıqlanması: Əlaqədən sonra sidik ifrazında yanma da ola bilər.
Cinsi yolla keçən infeksiyalar: Xlamidiya, qonoreya, herpes və digər infeksiyalar ağrı, yanma, axıntı və yara yarada bilər.
Balanit: Penis başının iltihabıdır; qızartı, şişkinlik, qaşınma və ağrı ilə müşayiət oluna bilər.
Prostat və ya sidik yolları problemləri: Xüsusilə sidikdə yanma, tez-tez sidiyə getmə və çanaq ağrısı varsa.
Travma: Əlaqə zamanı penis həddindən artıq əyilərsə, nadir hallarda ciddi zədələnmə baş verə bilər.
Təcili yardım tələb edən hallar: əlaqə zamanı qəfil güclü ağrı, “çatlama” səsi, sürətlə yaranan şişlik/göyərmə, penis formasının dəyişməsi və ya sidik ifraz edə bilməmə.
Ağrı 1–2 gün ərzində keçmirsə, təkrarlanırsa və ya axıntı, yara, qızdırma və sidikdə yanma varsa, uroloqa müraciət etmək lazımdır.
Aygün
Medicina.az