Kişilərdə maqnezium çatışmazlığı – Təhlükəlidir

  • 2023.07.11 22:07
  • 978 Baxış
Kişilərdə maqnezium çatışmazlığı  – Təhlükəlidir
Maqnezium sinir sistemini sakitləşməyə kömək etməsi ilə tanınır. Amma mineralın sağlamlıq faydaları bununla bitmir.


“Medicina” xəbər verir ki, kişilərdə hətta potensiyavə libidonin səviyyəsi bədəndə kifayət qədər miqdarda
maqneziumdan asılıdır.


Mütəxəssislərin sözlərinə görə, maqnezium əsas kişi cinsi hormonu – testosteronu artırır.

Maqnezium kişilər üçün vacibdir:


• depressiya, stress və yorğunluğu aradan qaldırır;
• yuxusuzluq və baş ağrısını aradan qaldırır;
• əzələ kütləsinin qurulmasına kömək edir.


Uzun müddət davam edən maqnezium çatışmazlığı ilə kişilərdə əzələ krampları, cinsi zəiflik, ürək ritminin pozulması, erektil funksiyanın pisləşməsi müşahidə olunur.


Bu mineralla zəngin qidaların nadir istifadəsi maqnezium çatışmazlığına səbəb ola bilər. Buna görə çatışmazlığın qarşısını almaq üçün onları mümkün qədər tez-tez rasionunuza əlavə edin:



• balıq;
• qoz-fındıq;
• tünd yaşıl tərəvəzlər
• avokado;
• paxlalılar;
• günəbaxan tumu.

Aynurə Məmmədova