Kişilərdə müntəzəm mədə, bel ağrısı bu xərçəngin əlaməti ola bilər

  • 2021.02.22 14:18
  • 3653 Baxış
Kişilərdə müntəzəm mədə, bel ağrısı bu xərçəngin əlaməti ola bilər


Həkimlər müntəzəm olaraq belində, mədəsində, qarın nahiyəsində sancı, ağrısı, qəbizliyi olan kişiləri xəbərdar ediblər.

Medicina.az xəbər verir ki, bu simptomları mədə, bel ağrısı kimi qəbul edib, iqnor etmək olmaz.


Çünki 40-50 yaşdan sonrakı kişilərdə bu simptomlar kişilərdə ən çox rast gəlinən prostat xərçənginin başlanğıc əlaməti ola bilər.
Adətən prostat şişi ilk başda heç bir əlamət vermir, ancaq o böyük ölçüyə çatandan sonra sidik borusu və axarlarına təzyiq edir.
Bu şiş prostat vəzin hüceyrələrində dəyişikliklərlə başlayır və çox ləng inkişaf edir. Ona görə diaqnoz qoyulana kimi 2-3 il keçir.

Prostat xərçəngi ilk öncə düz bağırsağa yayılır, ona görə də kişidə qəbizlik, bağırsaq ağrısı, hemorroya bənzər şikayətlər, nəcisdə qan görülə bilər.


Ona görə kişilər bu simptomlar zamanı prostatı yoxlatmalıdır:

- tez-tez sidiyə getmə
- sidiyə ağrılı, az, çətin getmək
- Sidik, sperm və nəcisdə qan
- Qarın ağrısı
- Bel ağrısı
- mədəyə doğru yayılan ağrı


Əgər prostat xərçəngi tez, vaxtında aşkar olunarsa, müalicəsi asandır. Xəstələrdə sağalma şansı var.