Kişilərdə qasıq venası şişməsi bu xərçəngə işarədir

  • 2022.10.04 13:58
  • 2874 Baxış
Kişilərdə qasıq venası şişməsi bu xərçəngə işarədir

Kişilərdə qasıq, xaya venalarında şişkinlik və qabarma ciddi siqnaldır.


"Medicina" xəbər verir ki, böyrəklər orqanizmin filtri rolunu oynayıb, təzyiq, hormon, zülala nəzarət edir.

Böyrək xərçəngi kişilər arasında geniş yayılan növdür. Adətən 50 yaşdan sonra diaqnoz olunur.

Erkən mərhələdə bu xəstəlik elə də ciddi ağrı, siqnal vermir.

Amma inkişaf etdikdə sidikdə çətinlik, qasıqda, beldə şişkinlik, ağrı, kürəyə ağrı verə bilər.
Kişilər arasında ən bariz simptom xayalardakı venaların şişməsidir. Buna varikosell deyilir.


Əgər siz özünüzdə bu simptomu görürsüzsə, mütləq böyrək sidik sistemi ciddi yoxlansın, PSA analizi verilsin.

Digər əlamətləri:


- Ümumi yorğunluq
- İştah itməsi. arıqlama
- Anemiya
Təzyiqin yüksəlməsi

Aygün Musayeva