Kişilərdə süd vəzi xərçəngi xəstəliyi daha ağır keçir - Həkim onkoloq

  • 20 Apr 2022 16:08
  • 692 Baxış
Kişilərdə süd vəzi xərçəngi xəstəliyi daha ağır keçir   - Həkim onkoloq


“Piylənmədən əziyyət çəkən xanımlar süd vəzi xərçəngi ilə bağlı risk qrupunda ilk sıradadır”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib. Onun sözlərinə görə, kişilərdə süd vəzi xərçənginə az rast gəlinir:

“Lakin kişilərdə bu xəstəlik daha təhlükəli keçir. Eyni zamanda kişilərdə süd vəzi xərçəngi 80% genetik olaraq yaranır.

Kişilərdə süd vəzi xərçəngini erkən müəyyən etmək qadınlara nisbətən daha asan olur. Çünki onlarda süd vəzi kiçik olur və hər hansı şişkinlik ya da dəyişkənlik olarsa rahatlıqla özünümüayinə ilə hiss edə bilərlər.

Qadınlarda olduğu kimi, kişilərdə də süd vəzi xərçəngi zamanı axıntı olur. Kişilərdə süd vəzi xərçənginə daha yaşlı insanlarda rast gəlinir. Lakin genetiki faktordan irəli gələrək süd vəzi xərçəngi 40 yaşdan aşağı kişilərdə də müşahidə edilir”. /apa.az/