Kişilərdə testosteron əskikliyinin - 11 əlaməti

  • 2023.07.10 22:32
  • 2058 Baxış
Kişilərdə testosteron əskikliyinin   -  11 əlaməti
Əsas kişi hormonunun səviyyəsi - testosteron yaşla azalır, lakin onun çatışmazlığı vaxtından əvvəl baş verə bilər. Kişidə testosteronun səviyyəsi 19 yaşında pik həddinə çatır, hələ bir müddət bu səviyyəni saxlayır və təxminən 35-40 yaşdan aşağı düşməyə başlayır.



“Medicina” xəbər verir ki, kişi qidalanması üzrə mütəxəssis Berti Stringerin sözlərinə görə, 100 kişidən təxminən ikisi testosteron çatışmazlığından, 80 ildən sonra isə hər iki nəfərdən biri əziyyət çəkir. Hormonun aşağı səviyyəsi demək olar ki, hər üç kilolu kişidə və diabetli hər dördüncü kişidə görülür. Sağlam olmayan həyat tərzi və stresslər testosteron səviyyəsinə mənfi təsir edir.


“Bir çox kişi testosteron səviyyəsinin aşağı olmasının əlamətlərinə məhəl qoymur və onları aradan qaldırmağın nə qədər vacib olduğunu dərk etmədən qocalma əlamətləri kimi düşünür.

Testosteronun olmaması əhval-ruhiyyəyə, cinsi həvəsə, çəkiyə, psixi sağlamlığa, sümük sağlamlığına, dözümlülüyə və nəhayət, kişinin ömrünə təsir göstərir.


Tədqiqatlar göstərir ki, ümumilikdə son 20 il ərzində kişi populyasiyasında testosteron səviyyəsi ən azı 20% azalıb, gənc kişilər aşağı testosteronun təsirindən getdikcə, daha çox əziyyət çəkirlər.


Testosteron, testislərdə və adrenal vəzlərdə istehsal olunan əsas kişi cinsi hormonudur. Potensiya və libidoya təsir etməklə yanaşı, güclü sümüklərin və əzələlərin inkişafında da rol oynayır, əhval-ruhiyyəyə və psixi sağlamlığa təsir göstərir. Qadınlar yumurtalıqlarda və böyrəküstü vəzilərdə də az miqdarda testosteron istehsal edirlər və bu, onların məhsuldarlığına təsir göstərir. Testosteron səviyyənizi qan testi ilə yoxlanılır.


Aşağı Testosteronun 11 əlaməti:

• cinsi istəyin azalması;
• erektil disfunksiya (xüsusilə səhərlər);
• aşağı sperma sayı;
• döş böyümə;

• bədən tüklərinin tökülməsi;
• əzələ kütləsinin itirilməsi;

• güc itkisi;
• kökəlmək;
• depressiya;

• tez-tez sidiyə çıxma;
• enerji çatışmazlığı.

Kişilərdə yüksək testosteron səviyyələri prostat xərçəngi və dəri xərçəngi olan melanoma riskini artırır.

Günay Quluzadə