Kişilərdə “zob” xəstəliyi – Qreyvs nədir?

  • 2023.02.27 17:01
  • 2699 Baxış
  Kişilərdə  “zob” xəstəliyi  – Qreyvs nədir?

Çoxları yalnış olaraq “ zob” xəstəliyinin yalnız qadınlara məxsus olduğunu düşünürlər. Qadınlarda “triod” vəzi xəstəlikləri, kişilərdə isə “qreyvs” xəstəliyi adlanır. İlk əlamətlər əsəbilik və emosionallıq olduğu üçün sadəcə streslə və ya “nevrozla” əlaqələndirirlər.


“Medicina” xəbər verir ki, bu xəstəlik kişilərdə kliniki olaraq tirotoksikoz əlamətləri ilə diffuz zob, oftalmopatiya və dermopatiya ilə xarakterizə olunur. Yaşlı xəstələrdə isə bəzən hipertiroidizm atipik keçərək simpatik sinir sistemi aktivasiyası yerinə apatiya və depressiya, stenokardiyanın və ürək çatıçmamazlığının pisləşməsi kimi əlamətlər verə bilər. Bu kliniki olaraq “apatetik hipertiroidizm” adlanır.


Toksiki çoxdüyünlü olur və toksiki adenoma tipik olaraq uzun müddət çoxdüyünlü olan şəxslərdə bəzi düyünlərin və toksiki adenomada həmin tək düyün avtonom funksiya əldə etməsi ilə xarakterizə olunur. Bu halda düyün və düyünlər öz hipovizinin TSH ilə stimulyasiya olunmadan müstəqil və necə gəldi hormon istehsal edir.


Göründüyü kimi bu anormal hormon istehsalı kişilərin sağlığında problem yaradır. Ona görə də kişilər yuxarıdakı əlamətləri hiss etdikdə zob yoxlanmalı, hormonal analiz verilməlidir.

Günay Quliyeva