Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərin əl quruluşu nədən xəbər verir?- AÇIQLAMA

  • 2023.06.01 18:37
  • 3018 Baxış
Kişilərin əl quruluşu nədən xəbər verir? - AÇIQLAMA
Əks cins nümayəndələri adətən, az danışdıqlarına, özləri haqda çox məlumat vermədiklərinə görə, onları fizioloji öyrənmək daha asan yoldur. Kişilərin jestləri söhbət zamanı onun nə hissləri keçirdiyini açıq göstərir.


“Medicina” xəbər verir ki, psixoloq Polina Turun sözlərinə görə, diz üstünə qoyulmuş əllər kişinin nəsə haqda dərin düşüncəyə daldığını və yorğun olduğunu göstərir.

“Bir-birinin üstünə qoyulmuş əllər kişinin şüuraltı olaraq həmsöhbətindən qorunduğunan xəbər verir. Bu, söhbət etdiyi insanın öz daxili aləminə buraxmaq istəməməsinə işarə də ola bilər. Belə insanlar qapalı olur və hər adamla şəxsi münasibət qurmurlar.

Söhbət etdiyiniz kişi əllərini qoymağa yer tapmırsa, tez-tez əllərinin vəziyyətini dəyişirsə, ovuclarını bir-birinə sürtürsə, çox əsəbidir və narahatdır. Bu, şəxsin dərdli bir insan olduğunu da göstərir. Ola bilsin ki, söhbət zamanı onun bütün fikri öz problemindədir”.


Həkimin sözlərinə görə, əllərin quruluşu da kişini büruzə verir. Belə ki, enli, trapesiya formasında olan əl sahibinin qətiyyətli, sadiq, enerjili olduğundan xəbər verir. Uzun və nazik barmaqların sahibi çox yaradıcı insandır. Gözəllik və incəsənətdən zövq alır.


“Kişinin əli möhkəmdirsə, enerjili və işgüzardır. Geri çəkilməyi qəbul etmir. Alınmasa belə axıra kimi gedir. Bu xüsusiyyətinə görə istədiklərinə nail ola bilir.

Yumşaq əllər insanın ağıllı və həssas olduğunu göstərir. Zərif əllər sahibinin ağır və ciddi iş görə bilməməsindən xəbər verir. Belə kişilər tənbəl və əzgin olur.

Barmaqların formasına görə də kişinin xasiyyətini öyrənmək olar. Belə ki, barmaqların uc hissəsi üçbucaq formada olan kişilərdə mükəmməlçiliyə meyl olur.

Dördkünc formalı barmaqların sahibi səliqəli və əxlaqlı olur. Maddi dəyərlərə önəm verir.

Barmaqlarla yanaşı dırnaqlar da kişinin xasiyyətini göstərir. Oval dırnaqlar sahibinin üzüyola olduğuna işarə edir.
Dördkünc və yastı dırnaqları kişinin utancaq olduğunu bildirir. Sadəcə, yastı dırnaqları olan kişilərsə əsəbidir.

Dırnaqları dar, ensiz olan kişilərdə pisliyə meyllilik olur. Çox dar, səliqəli, gözəl dırnaqlarsa şəxsin həssas və kübar olduğunu göstərir.

Sanki içəri basılmış yastı dırnaqlar da kişinin həssas, emosional olduğuna işarə edir.

Kənarları dişlənmiş dırnaqlar kişinin iradə zəifliyini, əsəbiliyini, gizli fəaliyyətinin olduğunu göstərir”.

Günay Quluzadə