Kişilərin Omeqa -3 qəbul etməsi həyati vacibdir

  • 2023.05.17 20:01
  • 1789 Baxış
Kişilərin Omeqa -3 qəbul etməsi həyati vacibdir
Hər bir kişi 30 yaşdan sonra Omeqa 3 qəbul etməlidir. El arasında ona balıq yağı deyirlər. Amma Omeqa -3 təkcə balıq yağında olmur.

“Medicina” xəbər verir ki, həkim – uroloq Aleksandr Zidzariyanın sözlərinə görə, bu yağ turşuları yüksək testosteron səviyyələrinə məsuldur.


Kişilərə Omeqa - 3 nə üçün vacibdir?

İnamlı cinsi funksiya
Əzələ kütləsinin böyüməsi üçün
Məşqdən sonra bərpanı sürətləndirir
Piylənmə riskini azaldır
İmmuniteti gücləndirir

Xüsusilə Omeqa-3-ün iki komponentinə diqqət yetirin:

eikosapentaenoik (EPA)
dokosaheksaenoik (DHA) turşusu,

Çünki onlar:

Sperma hərəkətliliyini yaxşılaşdırır
Retinanı yaşa bağlı məhv olmaqdan qoruyur
İmmuniteti dəstəkləyir



DHA beyin hüceyrəsi toxumalarının qurulması üçün zəruri bir komponent kimi xidmət edir.

Omeqa-3 yağ turşularını qidalardan da almaq olar. Solmon, skumbriya və siyənək balıqları, balıq qaraciyəri.
Eləcə də hazır qida əlavələri – tablet şəklində gündə içmək olar.

Aynurə Məmmədova