Kişilərin ömrü getdikcə uzanır

  • 2024.01.25 16:46
  • 859 Baxış
Kişilərin ömrü getdikcə uzanır
2017-ci ildən başlayaraq, kişilərin orta ömür müddətində artım qeydə alınır.


"Medicina" xəbər verir ki, alimlər kişilərin ömrünün qadınları da geri qoyacağını bildirir.

2030-cu ildə kişilərin orta ömrü 83 yaşa çata bilər.


Düzdür qadınlarda da bu rəqəm 86-ya çatacaq, amma ilk dəfədir ki, kişilərdə orta ömür artımı bu qədər yüksəlir.


Alimlər BMT Əhali Fondunun məlumatlarından istifadə edərək, 1990-cı ildən 2020-ci ilə qədər olan məlumatları təhlil edərək, ölümlə bağlı doqquz göstərici əsasında 194 ölkəni beş qitəyə uyğun gələn beş qrupa qruplaşdırıb.


Hətta Afrikada belə HİV, SPİD və s. xəstəliklərin azalması əhalinin orta ömrünü uzadacaq.

Ümumiyyətlə, kişilərin az ömür sürməsinin səbəbi Y xromosomlarının itirilməsi ilə bağlıdır.

Aygün