Kişilərin ömrünü uzatmağın sirri açıldı

  • 2024.02.01 18:04
  • 1324 Baxış
Kişilərin ömrünü uzatmağın sirri  açıldı

Ömür uzunluğu genetikadan asılıdır. Kişilərin qadınlardan daha az yaşamasının elmi izahı çoxdan sübut olunub. Amma kişiləri də həyat tərzini korrektə etməklə ömürlərini uzatmaq olar.


“Medicina”xəbər verir ki, onkoloq Aleksandr Korolev sirləri açıqlayıb.


“İlk növbədə kişilər 3 ildən bir, xüsusən 40 yaşından sonra bəzi onkoloji risklərə görə tibbi müayinədən keçməlidir. Kişilərdə mütləq xolesterin, şəkər, cinsi hormonlar 25 yaşdan sonra nəzarətə alınmalıdır.


Xərçəngə qarşı skrininq testləru vaxtında təhlükəli xəstəlikləri üzə çıxarıb, müalicə etməyə imkan verir.

Zərərli siqaret, içki və oturaq həyat tərzindən imtina da ömrü azı 5-7 il uzadır.
Alkoqolu və spirtli içkini gündə 50 ml-ə qədər azaldın.

Siqareti də tərgitmək heç vaxt gec deyil.

Siqaret ildə 20% kişi ölümlərinin səbəbidir. Siqaret çəkənlər 10 il daha tez ölür.

İdmana başlamaq da gec deyil. Gündə sürətli yerimə və velosiped sürmək bütün orqanizmi oksigenlə təmin edir.


Aktiv fiziki hərəkət diabet və ürək-damar xəstəlikləri riski, hətta xərçəngi 33% azaldır.
Kişi rasionu təzə meyvə, tərəvəz, yağsız ət, süd məhsulları ilə zəngin olmalıdır”.



Aygün