Kişilərin xoşbəxtlik hissini nə artırır?

  • 2024.04.22 14:13
  • 398 Baxış
Kişilərin xoşbəxtlik hissini nə artırır?


Yaponiya alimləri kişilərin beynində xoşbəxtlik hormonlarını artıran faktorları araşdırıb.


“Medicina” xəbər verir ki, alimlər bu tədqiqatda multimetodik yanaşma ediblər.


Birinci mərhələdə könüllülərə idman yarışlarına və döyüşlərinə baxmağın təsirini öyrəniblər.


Sübut olunub ki, müntəzəm idman yarışları və azartlı oyunları izləmək beyində həzz və mükafatlandırma hissəsini aktivləşdirir. Məlum olub ki, futbol, beysbol, at yarışları daha güclü təsir edir.


Üçüncü hissədə neyrovizualizə ilə beynin idman yarışına baxdıqdan sonra aktivliyi müşahidə edilib.


Nəticələr kişilərin idman yarışlarını hətta televizordan izlədikdə belə həzz və xoşbəxtlik hissi keçirdiyini sübut edib.


İdmanı çox izləyən kişilərin beynində boz hissənin tutumu sahəsi daha çox idi.


Ona görə də kişiləri intim münasibət və qadından çox idmanın xoşbəxt etdiyi bir daha araşdırılmalıdır.


Aygün Musayeva