Norveçli tədqiqatçılar geniş səhiyyə tədqiqatları apararaq, yaşından asılı olmayaraq kişilərin qadınlardan unutqan olduqları qənaətinə gəliblər.
“Medicina” xəbər verir ki, tədqiqatda 50.000 nəfər iştirak edib. Kişilər adları, tarixləri, hadisələri və söhbətin detallarını xatırlamaqda xeyli çətinlik çəkirlər.
Tədqiqatın məqsədi əhali arasında subyektiv olaraq qəbul edilən yaddaş pozğunluğunun yayılmasını müəyyən etmək olub.
İki illik tədqiqat zamanı 48.000-dən çox insan müntəzəm olaraq sorğuları doldurub.
Sorğuda iştirak edənlərin demək olar ki, yarısı yüngül yaddaş problemlərinin olduğunu etiraf edib (qadınların 44,6 faizi və kişilərin 46,2 faizi). 9 sualdan 8-ni cavablandırarkən, hər yaşdan olan kişilər yaddaş çətinliklərinin olduğunu bildiriblər.
Adları xatırlamaq həm kişilər, həm də qadınlar üçün ən çətin iş idi, lakin bu problem kişilərdə daha çox özünü göstərirdi.
Aygün Musayeva