Kök görməni artırırmı? - Həkim açıqladı

  • 2022.11.01 15:13
  • 892 Baxış
Kök görməni artırırmı?   - Həkim açıqladı

El arasında deyilir ki, kök yemək gözləri qüvvətləndirir. Bəs bunun tibbi sübutu varmı?

"Medicina" xəbər verir ki, həkim nutrisioloq Andrey Korolyev deyilənləri mif adlandırıb.

"Kök beta karotinlə zəngindir, bu orqanizmə düşdükdə A vitamininə çevrilir. Hesab olunur ki, bu vitamin göz vitaminidir.
Amma kök yeməklə gözləri qorumaq, görməni artırmaq mümkün deyil.

Bu mif II dünya müharibəsi dövründə yaranıb yayılıb. O vaxt kök kartofdan çox idi, insanları kök yeməyə təhrik etmək istəyirdilər.

A vitamini çatışmadıqda gecə korluğu yaradır. Amma təkcə kök yeməklə bu defisiti aradan qaldırmaq mümkün deyil.

A vitamini defisitini əlavə vitamin qəbulu ilə aradan qaldırmaq olar.

A vitamini yağla mənimsənilir. Kökü hər hansı yağlı salatın tərkibində yemək daha faydalıdır.

Çiy kökü yeyib, gözlərimə təsir edəcək deyə düşünmək səhvdir. Kök zəif və ya yaxından görməni müalicə etmir".

Aygün Musayeva