Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kök insanlara daha az maaş “kəsirlər” – Alimlər

  • 2025.06.25 19:20
  • 71 Baxış
Kök insanlara daha az maaş “kəsirlər”  –  Alimlər

Artıq çəkili insanlar arıq həmkarlarından daha az maaş alırlar.


“Medicina” xəbər verir ki, bu barədə SƏTƏM-in İqtisadiyyat Elmləri Fakültəsinin müəllimi Anastasiya Deeva yazıb.


O, öz tədqiqatında 2013-2022-ci illəri əhatə edən Əhalinin İqtisadi Vəziyyəti və Sağlamlığının Rusiya Monitorinqi məlumatlarından istifadə edib. Müəllif əmək haqqının bədən kütləsi indeksindən (BMI) necə asılı olduğunu göstərən model qurdu.


Belə ki, Rusiya əmək bazarında artıq çəkili insanların yüksək maaşlı iş tapmaq imkanları azdır. Deevanın fikrincə, bu vəziyyətin səbəbi sosial stereotiplər və yanlış təsəvvürlərdir.


"Müasir cəmiyyətdə ümumiyyətlə qəbul edilir ki, əgər insan artıq çəkiyə malikdirsə, deməli, o, çox güman ki, tənbəl və zəif motivasiyalıdır. Yəni, kilolu işçi daha pis işləyə bilər.

Bütün insanlar unikaldır və xarici əlamətlər insanın iş keyfiyyətləri haqqında heç nə demir. Ona görə də bütün müraciət edənləri eyni meyarlarla ölçməməlisiniz".


Bir çox ölkələrdə oxşar mənzərə müşahidə olunur. İşə müraciət edərkən və sonradan karyera nərdivanında yuxarı qalxarkən, artıq çəkili işçilərə qarşı ayrı-seçkilik var.

Deeva beynəlxalq məlumatlara istinad edir ki,ABŞ-da bədən kütləsi indeksinin 1 rəqəm artması gəlirin 3-6%, Tayvanda 7% azalmasına səbəb olur.


Aygün Musayeva