Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Köklük, piylənmə 13 növ xərçəngi artırır – SİYAHI

  • 2024.11.23 19:56
  • 1589 Baxış
Köklük, piylənmə 13 növ xərçəngi artırır  – SİYAHI

Əvvəllər piylənmə və artıq çəki ilə əlaqələndirilən 5 tip xərçəng siyahısına daha bir neçəsi əlavə edilib.

“Medicina” xəbər verir ki, ÜST-ün Beynəlxalq Xərçəng araşdırması Agentliyinin siyahısı dərc edilib.

2002-ci ildə bu qrupun apardığı tədqiqat, artıq çəkinin 5 tip xərçəng – bağırsaq, mədə, süd vəzi, uşaqlıq və böyrək şişlərinə səbəb ola bilməsini sübut etmişdi.


Bu dəfə 1000 tədqiqatı araşdıran qrup siyahıya bir neçə tipi da əlavə edib.
Bunlar: qaraciyər, öd kisəsi, mədəaltı vəz, yumurtalıq, qalxanvariz vəz, qan xərçəngi, meninqioma, mielomadır.

Belə ki, 30 indeksdən yuxarı kökəldikdə mədə, qaraciyər, böyrək xərçəngi riski 70% artır.
Qadınlarda piylənmə süd vəzi, yumurtalıq xərçəngi riskini 30% artırır.

Alimlər bunun səbəbini artıq piy toxuması zamanı bədəndə normadan artıq estrogen, testosteron və insulin hormonlarının ifrazında görür.

Aygün Musayeva