Kolbasa, sosis anormal hüceyrə bölünməsinə səbəb olduğu üçün xərçəng yaradan qidalar siyahısındadır.
Amma ondan da zərərli və təhlükəlisi var imiş.
“Medicina” xəbər verir ki, Onkoloq İvan Karasev anormal hüceyrə bölünməsinə səbəb olan qidaları açıqlayıb.
“Xarici tədqiqatçıların son işlərinə görə, 2-ci tip şəkərli diabet xəstələrinin kolorektal xərçəngə tutulma riski belə diaqnozu olmayanlara nisbətən 47% daha yüksəkdir. Bu da onu göstərir ki, qanda şəkərin səviyyəsinin artmasının xərçəng hüceyrələrinin böyüməsinə şərait yaradır.
"Qlükoza onların əsas "yanacaq" növüdür. Onlar onu normal hüceyrələrdən 200 dəfə daha aktiv şəkildə istehlak edirlər”.
Mütəxəssisin izah etdiyi kimi, müntəzəm olaraq şirin içkilər qəbul edən insanların telomerlərinin daha qısa olduğuna dair sübutlar var.
Bunlar DNT-ni bir-birinə yapışmaqdan və məhv olmaqdan qoruyan son hissələridir.
Daha pis DNT qorunması - daha sürətli məhv və düzgün hüceyrə bölünməsi. Beləliklə - xroniki xəstəliklər və onkologiya riski artır”.
O, əlavə edib ki, mədə-bağırsaq traktının təhlükəli şişlərinin inkişafı üçün əsas kimi üç şərt müəyyən edilə bilər. Bu, qan şəkəri və insulin səviyyəsinin artması və iltihab prosesinin inkişafıdır.
Həkimin sözlərinə görə, şəkərli diabet toxumalarda sərbəst radikalların toplanması zamanı oksidləşdirici stress yaradır. Onlar DNT zədələnməsinə və onkogenlərdə mutasiyalara səbəb olur.
Mədə-bağırsaq xərçəngi olan hər beşinci şəxs şəkərli diabetdir.
Kolbasa yeməyə gəlincə, bir qayda olaraq, ən zərərli hisə verilmiş məhsullar, yəni "dad artırıcılarla qarışdırılmış yağ bəzəkləri" insanların hər gün yedikləri deyil.
Ancaq bir çox insanlar eyni qazlı içkini ciddi sağlamlıq riskləri ilə əlaqələndirmədən, xüsusilə isti havalarda olduqca tez-tez içirlər.
Ona görə də şəkərli qazlı sular kolbasadan da təhlükəlidir, çünki ucuz olduğu üçün əlçatandır.
Aygün Musayeva