Kollektiv immuniteti gözləmək - Milyonlarla insanın ölümü deməldir

  • 2020.10.30 17:20
  • 3440 Baxış
Kollektiv immuniteti gözləmək   -  Milyonlarla insanın ölümü deməldir

Avropa İttifaqı ölkələrinin liderləri COVID-19-a qarşı test, təmasların izlənilməsi və vaksinasiya üçün vahid ictimai strategiya barədə qərara gəliblər.

Medicina.az xəbər verir ki, qərar koronavirus pandemiyasının ikinci dalğası ilə mübarizənin müzakirə olunduğu fövqəladə videokonfransda verilib.

Bundan əvvəl, Avropa Komissiyası rəhbərinin müşaviri Peter Piot, kollektiv immunitetə üstünlük verməyin milyonlarla insanın ölümünə səbəb olacağını deyərək, yeganə həll yolunun peyvənd olduğunu bildirib.

O həmçinin, ikinci dalğada ölüm nisbətinin yazla müqayisədə iki dəfə azaldığını müsbət məqam adlandıraraq, bunun səbəbini hazırda həkimlərin xəstəliklə mübarizədə daha hazırlıqlı olması ilə izah edib.