Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kolon xərçənginin 5 ƏLAMƏTİ

  • 2025.08.05 23:07
  • 112 Baxış
Kolon xərçənginin  5 ƏLAMƏTİ

Kolon xərçəngi erkən diaqnozla sağalma şansı yüksək olan xəstəliklər arasındadır, lakin gizli irəliləməsi səbəbindən çox vaxt gec aşkarlanır.

Medicina.az xəbər verir ki, kolon xərçəngi kimi tanınan kolorektal xərçəng qlobal sağlamlıq üçün ciddi təhlükə yaratmağa davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, təkcə 2020-ci ildə 1,9 milyondan çox yeni yoluxma aşkar edilib və təxminən 930 min insan bu xəstəlikdən həyatını itirib. Daha qorxulusu isə bu rəqəmlərin növbəti illərdə sürətlə artacağıdır.

Mütəxəssislər 2040-cı ilə qədər kolon xərçənginə yoluxma hallarının hər il 3,2 milyona çatacağını, ölümlərin isə 1,6 milyonu keçəcəyini proqnozlaşdırırlar. Bu həyəcanverici rəqəm erkən diaqnozun həyati əhəmiyyətini bir daha vurğulayır.



5 əlaməti...

1. Bağırsaqda dəyişikliklər

Davamlı ishal, qəbizlik və ya nazik nəcis kimi simptomlar bağırsaq sağlamlığı ilə bağlı problemi göstərir. Bu dəyişikliklər bir həftədən çox davam edərsə, bir mütəxəssislə məsləhətləşmək vacibdir.

2. Nəcisdə qan

Parlaq qırmızı və ya tünd qan görürsünüzsə, hemoroid kimi səbəblərə aid etməzdən əvvəl qiymətləndirmək vacibdir. Rektal qanaxma kolon xərçənginin ən çox görülən erkən simptomlarından biridir.

3. Davamlı qarın ağrısı və şişkinlik

Qaz və ya stress nəticəsində yarandığı düşünülən qarın krampları əslində bağırsaqlarda böyüyən şişin əlaməti ola bilər. Xüsusilə ağrı davamlı olarsa, bu xəbərdarlıq əlamətidir.

4. Səbəbi olmayan çəki itkisi

Pəhriz saxlamadan və ya məşq vərdişlərinizi dəyişmədən çəki itirirsinizsə, bu, ciddi sağlamlıq probleminin əlaməti ola bilər. 10 kiloqramdan çox kilo itkisi tibbi qiymətləndirmə tələb edir.

5. Xroniki yorğunluq

Kifayət qədər yatmağınıza baxmayaraq, özünüzü daim zəif hiss edirsinizsə, bu, anemiyaya və dolayısı ilə kolon xərçənginə işarə edir. Xüsusilə digər simptomlarla müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.

Nə etməli?

Bu simptomlardan birdən çoxunu hiss edirsinizsə, dərhal mütəxəssislə məsləhətləşin. Erkən diaqnoz kolon xərçəngində həyatını xilas edə bilər.

Aygün
Medicina.az