Kolumbiya professoru Bakıya gəlir - Bu xəstələri qəbul edəcək

  • 2022.09.21 13:49
  • 3064 Baxış
Kolumbiya professoru Bakıya gəlir  - Bu xəstələri qəbul edəcək

Tibb Elmləri Doktoru, Kolumbiya Javeraniya Universitetinin professoru Bakıya gəlir.


"Medicina" xəbər verir ki, tibb Elmləri Doktoru, Kolumbiya Javeraniya Universitetinin İnteqrativ Təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi Dr.Arturo O’Birne 26 SENTYABR - 1 OKTYABR 2022-ci il tarixində, saat 09:00-13:00-da Bioloji Təbabət Klinikasında pasiyent qəbulu həyata keçirəcək.


Dr.Arturo O’Birne mədə-bağırsaq traktı xəstəlikləri, xroniki və autoimmun xəstəliklər - revmatoid artrit, vaskulit, qırmızı qurd eşənəyi, autoimmun tireoidit və s. , allergik xəstəliklər , metabolik sindrom, parkinson xəstəliyi, dağınıq skleroz, podaqra və ateroskleroz xəstəliklərini müayinə edəcək.


Qeyd edək ki, Arturo О’Birne - tibb elimləri doktoru, Javeraniya Universitetinin (Kolumbiya, Kali) İnteqrativ Təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə mütəxəssis 1976-cı ildə Kolumbiyanın Tibb Universitetini bitirmişdir. Bundan başqa o, Barselona Universitetində fitoterapiya və kliniki dietologiya üzrə ixtisaslaşmışdır və hazırda Javeraniya Universitetinin (Kolumbiya, Kali) aparıcı professoru kimi fəaliyyət göstərir. O`Birne bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidentidir. Şəxsi klinikasında (Centro De Medicina Biologica) praktiki həkim fəaliyyəti ilə yanaşı, ISOHH-nın diplomdan sonrakı tədris treninqlərini keçirir.

Öncədən qeydiyyat mütləqdir!

Ətraflı məlumat üçün:

(012)430 89 89
(050,055,070) 430 89 89
055 430 89 89 (whatsapp)

Ünvan : Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI