Komaya düşən həkimin vəziyyəti

  • 2025.09.03 16:41
  • 70 Baxış
Komaya düşən həkimin  vəziyyəti


“Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanova Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.


"Medicina" xəbər verir ki,xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti hələ də ağırdır.

“A.Sultanovanın hazırda Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün həkimin səhhətinin kəskin pisləşməsi, rəhbərlik etdiyi tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi və vəziyyətinin ağır olması ilə bağlı məlumat vermişdik. Həkim son vaxtlar kəskin şəkildə çəki atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.