Kompüter oyunları uşaqlarda aqressiya yaradır

  • 2023.02.28 18:27
  • 2221 Baxış
Kompüter oyunları uşaqlarda  aqressiya yaradır
Amerika Psixoloji Assosiasiyasının işçi qrupunun hesabatında deyilir ki, zorakı video oyunları oynamaq uşaqlarda aqressiya yaranmasına səbəb olur.

Bununla belə, hazırda bu əlaqənin kriminal zorakılığa və ya cinayətə səbəb olduğunu iddia etmək üçün kifayət qədər sübut yoxdur.

“Medicina” xəbər verir ki, zorakı video oyunlarının istifadəsi ilə zorakı davranış arasında birbaşa əlaqəni nümayış etdirir.

Zorakılıq səhnələri olan video oyunlarından istifadə empatiya və qəzəb hissini boğur.

APA –nın sədri Mark Appelbaum ABŞ – da video oyun oynayan uşaqların 12 – 17 yaş arasında çoxluq təşkil etdiyini bildirdi.

Birbaşa olmasa da sübut olunub ki, zorakı və aqressiya daşıyan videolar uşaq psixologiyasına mənfi təsir göstərir. Bu da gələcəkdə aqressiv olma ehtimalını yüksəldir.

Məhz buna görə məsuliyyət valideyinlərin üzərinə düşür. Valideyinlər uzaqalar üzərində nəzarəti gücləndirməli, komputer və telefonda hansı oyunlara meyl etdiyinə baxmalıdır.


Günay