Qadınlar kompüterdə nə qədər çox vaxt keçirirlərsə, bir o qədər tez və tez qaz boynu, buxaq və dərin qırışlar əmələ gəlir.
“Medicina” xəbər verir ki, bunu İngiltərənin aparıcı botoks mütəxəssislərindən biri Dr. Michael Prager deyib.
"Əgər siz hər gün kompüter qarşısında oturub bütün diqqətinizi ekrana yönəltməli olan “bədbəxt” insanlardansınızsa, zamanla bu, burnunuzun körpüsündə dərin qırışların əmələ gəlməsinə səbəb olacaq, eləcə də qoşa buxaq yaranacaq.
İnsan uzun müddət gözləri aşağı baxaraq oturarsa, boyun əzələləri qısalır. Zaman keçdikcə insanların adətən qoşa çənə adlandırdıqları görüntü belə yaranır”.
Doktor Prager hesab edir ki, kompüterlə işləyənlərin sayı durmadan artdıqca zaman keçdikcə problem daha da kəskinləşəcək.
"İndi gördüyüm qadınlar son 10 ildə kompüterdən iş üçün istifadə edirlər. Amma 20 yaşlarında olanlar kompüterlə böyüyüb. Düşünürəm ki, onların vəziyyətində problem daha da pisləşəcək və dəridə yaşa bağlı dəyişikliklər daha tez baş verəcək.
Ona görə yaxın gələcəkdə 20-30 yaşlı qadının 40 yaşlı kimi görünəcəyi dövr uzaqda deyil”.
Aygün Musayeva