Könül Xasıyevanın boğazında şiş aşkarlandı - Təcili 250 min manat lazımdır

  • 2022.10.22 14:49
  • 2366 Baxış
Könül Xasıyevanın boğazında şiş aşkarlandı   - Təcili 250 min manat lazımdır

Xalq artisti Könül Xasıyevada xərçəng aşkarlanıb.

"Medicina" xəbərr verir ki, Almaniyada əməliyyat üçün 150 min dollar, yəni 254 min manat lazımdır.

Sənətkar instagramında hesab paylaşaraq, xalqdan və sənət, iş adamlarından yardım istəyib:

"Zaman hər an əleyhimə işləyir. İnanıram ki, Azərbaycan səhnəsini Könülsüz qoymayacaqsınız. Ən əsası 40 yaşımda Allahın mənə ən böyük mükafatı olan Kazımı anasız qoymayacaqsınız.
Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var. Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır" sözlərini yazıb.



Aygün Musayeva