Korona virusuna görə təcili iclas çağırıldı - RƏSMİ

  • 2020.01.21 10:10
  • 3528 Baxış
Korona virusuna görə təcili iclas çağırıldı -   RƏSMİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.

Medicina.az xəbər verir ki, bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir:

"ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".


Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək.