Koronadan sağalan gənclərdə ürək-damar problemləri yaranır - VİDEO

  • 2021.04.20 10:40
  • 1111 Baxış
Koronadan sağalan gənclərdə ürək-damar problemləri yaranır -  VİDEO
“Ürək-damar xəstəlikləri olan şəxslər koronavirusu daha ağır keçirir. Bəzi hallarda isə bu xəstəlikdən əziyyət çəkənlər üçün virusa yoluxmaq ölümlə nəticələnə bilir”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.

O bildirib ki, koronavirus heç bir ürək-damar xəstəliyi olmayan şəxslərdə belə bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər:

“Bunlar arasında ən qorxulusu ürək çatışmazlığıdır. Onun müalicəsi demək olar ki, yox səviyyəsindədir. Eyni zamanda bu xəstəlik tromblaşma da yarada bilir. Ağciyər arteriyası tıxanır və həmin xəstələr qısa zamanda dünyasını dəyişir.

Gənc insanlarda virusdan sağaldıqdan 2-3 ay sonra ürək-damar problemləri yaranır. Bu təngnəfəslik, halsızlıq, təzyiqin düşüb-qalxması və s. kimi əlamətlərlə özünü göstərir”.

Həkim onu da qeyd edib ki, ürək-damar xəstəliyindən əziyyət çəkənlər bu xəstəliklə bağlı dərmanları qəbul etməklə özlərini koronavirusdan qoruya bilərlər.