Koronavirus 15 dəqiqəyə aşkarlanacaq- ALİMLƏR

  • 2020.02.01 11:45
  • 6400 Baxış
Koronavirus 15 dəqiqəyə aşkarlanacaq-   ALİMLƏR
Çinin Vuxi bölgəsində çalışan uzmanlar yeni tip koronavirusa yoluxma halını 15 dəqiqədə müəyyən edə bilən test yaratdıqlarını açıqlayıb.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının da fövqəladə vəziyyət elan etdiyi yeni tip koronavirusu üçün yaradılan test sınaq müddətindədir. Çin Elm və Texnologiyalar ofisindən verilən məlumata əsasən, yaradılan yeni test insanlarda koronavirusun olub-olmamasını 8-15 dəqiqə aralığında təyin edə biləcək.

Yaradılan testin bütün ərazilərə daşına bilən olması onun istifadəsini də asanlaşdırır.Artıq testlərin istehsalına başlanıldığı bildirilib. Alimlər tes vasitəsilə gündə təqribən 4min şəxsin yoxlana biləcəyini bildirib.

Hökumətin dəstəklədiyi test üsulunun Hubey bölgəsində istifadəsinə başlanıb.